Hava ilə bağlı XƏBƏRDARLIQ - Noyabrın 30-dan dekabrın 2-dək...
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında, həmçinin bəzi bölgələrdə noyabrın 30-u axşamdan dekabrın 2-si axşamadək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
BAKU.WS xəbər verir ki, müvafiq xəbərdarlığı Milli Hidrometeorologiya Xidməti yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qusar, Şabran, Siyəzən, Xızı, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Mingəçevir, Goranboy, Naftalan, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Gecə içki içən sürücülərə xəbərdarlıq - Səhəri cəzalana bilərsiniz
Spirtli içki qəbul edən şəxsin ertəsi gün avtomobil idarə etməsi hər zaman təhlükəsiz və qanuni hesab olunmur. Belə ki, içkidən saatlar keçsə də, sürücünün orqa...