Mağazalarda "Qara cümə" kampaniyaları: Endirim, yoxsa marketinq hiyləsi?

Mağazalarda Qara cümə kampaniyaları: Endirim, yoxsa marketinq hiyləsi?
VİDEO
Sosial 8

İlin sonuna doğru mağazalarda alıcı sıxlığı müşahidə olunur. Vitrinlərdə 50, hətta 70 faizədək endirim elanları diqqət çəkir.

"Black Friday" dövründə başlayan alış-veriş marafonu Yeni il ərəfəsində daha da sürətlənir. Müşahidələr göstərir ki, yanvar və fevral aylarında mağazalarda alıcı fəallığı azalmağa başlayır.

Bəs bunun səbəbi mövsümi amillərdir, yoxsa istehlakçıların dəyişən alış-veriş vərdişləri?

Sosioloq Yusif Nəbiyev Baku TV-yə bildirib ki, ətrafımızdakı insanların mütəmadi alış-veriş etməsi və müxtəlif endirimlərdən yararlanması bizə də təsir göstərir:

"Biz də həmin cəmiyyətin bir hissəsi olduğumuz üçün fürsəti qaçırmamaq, hər hansı endirimdən yararlanmaq istəyirik. Bu meyil istər-istəməz alış-veriş qərarlarımıza təsir göstərir".

Marketoloq Famil Alməmmədov isə qeyd edib ki, yanvar ayında satışların azalmasının əsas səbəblərindən biri insanların dekabr ayında növbəti ay üçün də tələbatlarını əvvəlcədən qarşılamasıdır:

"Şirkətlər də bu azalmanı əvvəlcədən proqnozlaşdırırlar. Buna görə noyabr-dekabr aylarında satışları artırmağa, yanvar-fevral aylarında yaranan geriləməni qismən kompensasiya etməyə çalışırlar. Emosiyalarımızın təsiri altında bəzən ehtiyacımız olmadığı halda da alış-veriş edirik. Məsələn, hansısa tanınmış saç feni brendinin məhsuluna endirim olduğunu görən şəxs evində həmin avadanlıq olsa belə, yenisini ala bilər. Bu isə ehtiyac olmadığı halda əlavə xərcə səbəb olur".

Son xəbərlər