İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa "SpaceX" səhmi verəcək
Amerikalı milyarder İlon Mask 2027-ci ildə ABŞ-də yaşayan hər bir uşağa kosmik texnologiyalar şirkəti "SpaceX"in özünə məxsus səhmlərindən birini hədiyyə edəcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, sahibkar bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Mask bildirib ki, gələn il Amerikadakı hər uşağa "SpaceX" səhmlərindən birini verəcək. O, bu addımın gələcəkdə həyata keçirməyi planlaşdırdığı oxşar təşəbbüslər silsiləsinin ilk mərhələsi olacağını da qeyd edib.
Qeyd edək ki, "SpaceX" 2002-ci ildə İlon Mask tərəfindən təsis edilib. Şirkət kosmik aparatların, daşıyıcı raketlərin və peyk sistemlərinin hazırlanması ilə məşğuldur. 2026-cı ilin fevralında "SpaceX" Maskın digər şirkəti olan "xAI" ilə birləşib.
Xatırladaq ki, daha əvvəl "SpaceX" səhmlərinin dəyərinin azalması fonunda İlon Maskın sərvətində ciddi eniş baş verdiyi bildirilmişdi. "Forbes" nəşrinin məlumatına görə, oktyabrın 13-də sahibkarın sərvəti təxminən 26,3 milyard dollar azalıb.
Oxşar xəbərlər
Tramp Fransanı sərhədləri dərhal bağlamağa çağırıb
ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən etirazlarla bağlı açıqlama verərək, ölkənin miqrantlar tərəfindən ələ keçirildiyini iddia edib. O, Fransa hakimiy...