Hafiz İsmayılbəyli yenidən auditor təyin edilə bilər
Hesablama Palatasına auditor vəzifəsinə namizədin adı açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.
İclasda Hafiz Mahir oğlu İsmayılbəylinın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy müzakirə olunacaq.
H.İsmayılbəyli sonuncu dəfə bu vəzifəyə 22 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə təyin edilib.
"Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, qurumun rəhbər heyəti (üzvləri) cəmi 5 auditordan ibarətdir.
Oxşar xəbərlər
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
Oktyabrın 20-də "Sabah" futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məh...