Şimali Koreya Rusiya ilə münasibətlərini "məğlubedilməz" adlandırıb
Şimali Koreyanın Rusiyadakı səfiri Sin Hon Çxol Moskva ilə Pxenyan arasındakı münasibətlərin görünməmiş səviyyəyə çatdığını bildirib.
BAKU.WS xəbər verir ki, diplomat bu barədə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 78-ci ildönümü münasibətilə Moskvada keçirilən qəbulda danışıb.
Səfirin sözlərinə görə, Şimali Koreya lideri Kim Çen Inla Rusiya Prezidenti Vladimir Putin arasında formalaşan səmimi münasibətlər ikitərəfli əlaqələrin inkişafına mühüm təsir göstərib.
O qeyd edib ki, 2024-cü ildə iki ölkə liderinin görüşü münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib və tərəflər arasında "məğlubedilməz döyüş yoldaşlığı" formalaşdırıb.
Xatırladaq ki, Şimali Koreya Xarici İşlər nazirinin müavini Kim Conq Gyu da daha əvvəl Pxenyanın Moskva ilə dostluq və əməkdaşlıq əlaqələrini hərtərəfli inkişaf etdirmək niyyətində olduğunu açıqlamışdı.
Oxşar xəbərlər
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
İranın Hörmüz boğazı üzərində suverenliyini təmin etməkdən başqa alternativi yoxdur. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın birinci vitse-prezi...