Tanınmış həkim dünyasını dəyişdi
Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ildə Naxçıvan MR Vərəm Əleyhinə Dispanserinin baş həkimi, 1986-cı ildə Naxçıvan şəhər Səhiyyə şöbəsinin müdiri, 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi-təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.
1993-cü ildə Bakı şəhər Mərkəzi Vərəm Dispanserinin baş həkimi vəzifəsinə təyin olunub. Sonrakı illərdə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Vərəm Əleyhinə Dispanserə rəhbərlik edib.
Səhiyyə sahəsindəki xidmətlərinə görə 2015-ci ildə "Əməkdar həkim" fəxri adına layiq görülüb.
Oxşar xəbərlər
Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib
Sərnişinin səhhətində yaranan problemə görə Sürix–Şanxay reysini yerinə yetirən təyyarə Bakıya məcburi eniş edib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunu...