Həkim soyuqdəyməyə səbəb olan 3 vərdişi açıqladı

Həkim soyuqdəyməyə səbəb olan 3 vərdişi açıqladı
Digər 4

Soyuq havalarda bəzi gündəlik vərdişlər sağlamlığa mənfi təsir göstərə bilər. Həkim Aleksandr Umnov soyuqdəymə riskini artıra bilən davranışlar barədə danışıb.

BAKU.WS xəbər verir ki, həkim bu barədə "Lenta.ru"ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, yataq otağının pəncərəsi açıq vəziyyətdə yatmaq, havalar soyuduqda nazik geyim və yay ayaqqabılarından istifadə etmək, eləcə də soyuducudan çıxarılan həddindən artıq soyuq qidaları tez-tez qəbul etmək orqanizmə mənfi təsir göstərə bilər.

Aleksandr Umnov qeyd edib ki, bəzi insanlar yatmazdan əvvəl otağı havalandırmaq əvəzinə gecəboyu pəncərəni açıq saxlayırlar. Bu zaman yuxuda bədənin bəzi hissələrinin həddindən artıq soyuması mümkündür.

Həkim soyuq havalarda yüngül geyim və yay ayaqqabıları ilə çölə çıxmağın da düzgün olmadığını vurğulayıb. Ayaqların islanması və soyuğa məruz qalması narahatlığı artıra bilər.

Mütəxəssis həmçinin soyuducudan çıxarılan meyvə, şirə, yoqurt və dondurma kimi məhsulların çox soyuq halda sürətlə qəbul edilməsinə diqqət çəkib.

Qeyd edək ki, soyuqdəymə əsasən viruslardan qaynaqlanır. Soyuq hava və üşümə öz-özlüyündə virus infeksiyası yaratmır. İnfeksiyadan qorunmaq üçün gigiyena qaydalarına əməl etmək, otaqları müntəzəm havalandırmaq və xəstə insanlarla yaxın təması məhdudlaşdırmaq vacibdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər