Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib

Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
Foto
Siyasət 0

Azərbaycanla BMT arasında Xəzər dənizində suyun səviyyəsinin azalması müzakirə edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitri Şlapaçenko ilə görüşdə regionun üzləşdiyi ən kəskin ətraf mühit problemlərindən biri olan Xəzər dənizində suyun səviyyəsinin azalmasına daha çox beynəlxalq diqqətin ayrılması zərurəti müzakirə olunub:

"Həmçinin, transsərhəd su idarəetməsi, quraqlığa hazırlıq, erkən xəbərdarlıq sistemləri və məlumat mübadiləsi sahəsində regional əməkdaşlığın dərinləşdirilməsi barədə danışdıq".

Görüşdə COP31 və ondan sonrakı dövr üçün prioritetlər üzrə əməkdaşlığın daha da gücləndirməsi imkanları nəzərdən keçirilib.

Son xəbərlər