Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
19
okt
2026
22:56
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Arkadağ şəhərinin Göroğlu adına Dövlət Atçılıq Sirkində Türkmənistan Prezidentinin Ahal-təkə atçılıq kompleksinin əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib.
BAKU.WS xəbər verir ki, "Galkynyş" qrupu at üstündə mürəkkəb hərəkətlər nümayiş etdirərək, rəngarəng nömrələr ilə tamaşaçıların zövqünü oxşayıb.
Həmçinin Türkmənistan Dövlət Sirkinin və Arkadağ şəhərinin Göroğlu adına Dövlət Atçılıq Sirkinin artist və akrobatları maraqlı səhnələr ilə çıxış ediblər.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Oktyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arkadağ şəhərində yerləşən Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Reabilitasi...