Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər
Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-mayor Rəşid Məhəmməd Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlər və həyata keçirilən tədbirlərə dair ətraflı fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Sonra qonaqlar müasir standartlara uyğun idarəetmə sistemləri ilə təchiz olunmuş təlimin qərargahında olub, aviasiya texnikalarına baxış keçiriblər.
Oxşar xəbərlər
Səhiyyə sahəsində islahatlar: Hansı yeniliklər olacaq?
"Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səhiyyə sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə xüsusi Fərman imzalayıb. Hesab edirəm ki, bu s...