Rəvan Qarayevin həkim həyat yoldaşı: "Xasiyyətimiz uyğun olmasaydı…"

Rəvan Qarayevin həkim həyat yoldaşı: Xasiyyətimiz uyğun olmasaydı…
Foto
Şou-biznes 157

"Rəvanın keyfiyyətləri mənim üçün önəmli idi. Onun xarakteri, xasiyyəti həm mənim peşəmə, həm öz xarakterimə, həm də sərhədlərimə uyğun olmasaydı, əlbəttə ki, münasibətimiz olmazdı".

BAKU.WS xəbər verir ki, bu sözləri "İncə səhər" verilişinə qonaq olan müğənni Rəvan Qarayevin həyat yoldaşı, pediatr nevroloq Səbinə Nurəliyeva deyib.

O həyat yoldaşının müsbət keyfiyyətlərinin çox olduğunu vurğulayıb.

"Rəvan müğənni olsa da, o, hər şeydən əvvəl bir insandır. Onun müğənni olması münasibətimizə təsir edən əsas amil deyil. Bəzən insanlar müğənniləri və ya müəyyən peşə sahiblərini qeyri-ciddi hesab edə bilərlər. Amma onlar da insandırlar, onlarla da münasibət qurmaq, ailə həyatı yaşamaq mümkündür. Mən də sanki bunun mümkün olduğunu göstərdim. Sadəcə, bəzən cəmiyyət belə münasibətləri qəbul etməkdə çətinlik çəkir. Məsələn, həkim mütləq həkimləmi ailə qurmalıdır? Belə bir qayda və ya tələb yoxdur" -deyə o vurğulayıb.

Xatırladaq ki, bu, Rəvan Qarayevin üçüncü, Səbinə Nurəliyevanın isə ikinci evliliyidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər