Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib - SƏRƏNCAM
Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".
Oxşar xəbərlər
Sahibə Qafarova TÜRKPA-nı gənclər siyasətini gücləndirməyə çağırıb
Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın gənc parlamentarilərini ölkələrin qarşılaşdığı təhdidlərə qarşı gənclər siyasətini gücləndirməyə çağırıb. BAKU.W...