Kardiologiya İnstitutunun həyətində pasiyentin ürəyi iki dəfə dayandı - Həkimlər onun həyatını belə xilas etdi
Bu gün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda stasionar müalicə alan pasiyentlərdən birinin institutun həyətində gəzintisi zamanı qəfil ürək dayanması baş verib.
BAKU.WS xəbər verir ki, hadisəyə dərhal müdaxilə edən tibbi heyət tərəfindən ürək-ağciyər reanimasiyası, döş qəfəsinin kompressiyaları və defibrilyasiya tədbirləri həyata keçirilib.
Reanimasiya prosesi zamanı pasiyentin ürəyi iki dəfə dayansa da, həkimlərin operativ, koordinasiyalı və peşəkar müdaxiləsi nəticəsində hər iki dəfə spontan qan dövranı bərpa olunub.
Bu hadisə bir daha sübut edir ki, qəfil ürək dayanması zamanı vaxtında müdaxilə, peşəkar hazırlıq və düzgün təşkil olunmuş komanda işi insan həyatının xilas edilməsində həlledici rol oynayır.
Hadisənin görüntülərini təqdim edirik.
Oxşar xəbərlər
Bakıda avtobuslar ən çox bu yollarda tıxaca düşür - SİYAHI
Bakıda günün xüsusilə pik saatlarında yollarda yaranan nəqliyyat sıxlığı ictimai nəqliyyatın hərəkətinə də təsirsiz ötüşmür. Bir sıra istiqamətlərdə avtobuslar...