İstehlakçıların aldadılması ilə bağlı 8 ayda 396 müraciət daxil olub
Bu ilin yanvar-avqust ayları ərzində istehlakçıların aldadılması halları ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 396 müraciət daxil olub.
BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.
Müraciətlərin 306-na baxılıb, 130-u isə təmin edilib. Bundan əlavə, istehlakçıların aldadılması halları ilə bağlı Agentlik tərəfindən 17 inzibati protokol tərtib edilib.
İstehlakçılar malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılması hallarında atılacaq addımlar, eləcə də bu sahədə mövcud hüquqi tənzimləmə alətləri barədə ətraflı məlumatı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılmış "istehlakchi.gov.az" portalı vasitəsilə əldə edə bilərlər.
Oxşar xəbərlər
Bu il Azərbaycanda 306 vətəndaş aldadılıb
Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə vətəndaşların aldadılması halları ilə bağlı 396 mü...