Bu il Azərbaycanda 306 vətəndaş aldadılıb

Bu il Azərbaycanda 306 vətəndaş aldadılıb
Sosial 16

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə vətəndaşların aldadılması halları ilə bağlı 396 müraciət daxil olub.

BAKU.WS Agentliyə istinadən xəbər verir ki, müraciətlərin 306-na baxılıb, 130-u isə təmin edilib.

Bundan əlavə, istehlakçıların aldadılması halları ilə bağlı 17 inzibati protokol tərtib edilib.

"İstehlakçılar malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılması hallarında atılacaq addımlar, eləcə də bu sahədə mövcud hüquqi tənzimləmə alətləri barədə ətraflı məlumatı Agentliyin təşəbbüsü ilə yaradılmış "istehlakchi.gov.az" portalı vasitəsilə əldə edə bilərlər", - deyə məlumatda qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər