Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq
Sosial 130

Azərbaycanda daxili yanma mühərrikli (DYM) minik avtomobilləri mərhələli istismardan çıxarılacaq.

BAKU.WS xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb.

Sənədə əsasən, 2035-ci ilədək DYM donanmasının ilkin olaraq istismardan çıxarılmasının planlaşdırılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması, təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin dəstəklənməsi nəzərdə tutulub.

2060-cı ilə qədər isə sərnişin avtomobil parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100%-ə çatdırılması, müxtəlif təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin təşviq edilməsi, DYM nəqliyyat vasitələrinin daha mərhələli şəkildə istismardan çıxarılması planlaşdırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər