Alyona Əliyeva Azərbaycana reabilitasiya məqsədi ilə gətirilən ukraynalı uşaqlarla bağlı paylaşım edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynada müharibədən zərər çəkmiş uşaqlar üçün reabilitasiya tədbirləri həyata keçirilib.
Xüsusi dəstək proqramı çərçivəsində Ukrayna Mərkəzinə səfər təşkil olunub. Görüş zamanı uşaqlara xüsusi diqqət və qayğı göstərilib.
Azərbaycanın mədəni və tarixi irsi ilə tanış olmaları məqsədilə İçərişəhərə gəzinti təşkil edilib. Azərbaycan Milli Xalça Muzeyində isə uşaqlar üçün ekskursiya və müxtəlif ustad dərsləri keçirilib.
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva ukraynalı uşaqlarla zaman keçirib, onların gəzintisində iştirak edib.
Alyona Əliyeva bununla bağlı "Instagram" hesabında paylaşım edib.
Həmin paylaşımı təqdim edirik:
Oxşar xəbərlər
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı v...