Əziz Əlibəyli: "Ərdoğanın İlham Əliyevə zəngi anti-Azərbaycan qruplarına zərbədir"

Əziz Əlibəyli: Ərdoğanın İlham Əliyevə zəngi anti-Azərbaycan qruplarına zərbədir
Rəy Müsahi̇bə
Siyasət 95

"Türkiyə rəhbərinin Azərbaycan Prezidentinə zəng etməsi ayrıca bir həlledici faktordur. Eyni zamanda, bu, Türkiyədən Azərbaycana qarşı geniş kampaniya aparan, həmçinin AKP-nin daxilində məskunlaşmış anti-Azərbaycan qruplarına, müxtəlif xarici kəşfiyyat orqanlarının "qapı qulluğu"nu edənlərə çox ciddi dərsdir, zərbədir".

Bu barədə politoloq Əziz Əlibəyli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Prezident Ərdoğanın təşəbbüsü ilə əlaqə yaradılması və düzgün istiqamətdə getməyən proseslər Türkiyə tərəfinin ciddi bir qüsurunun olduğunun göstəricisidir:

"Eyni zamanda, Azərbaycan Prezidentini Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət etmək, xüsusilə də onu tədbirdə görmək istəyinin yüksək olması kifayət qədər yüksək qiymətə layiqdir.

Düşünürəm ki, daxili, o cümlədən xüsusilə vurğulanan regional məsələlərin müzakirə olunması Türkiyənin Azərbaycana nə qədər böyük ehtiyacının olduğunun göstəricisidir.

Şübhəsiz ki, Azərbaycan Türkiyəyə strateji tərəfdaş kimi yanaşır. Hər halda, Azərbaycanın daxili işləri, mövqeyi və öz mövqeyini dönməz şəkildə müdafiə etməsi məsələsi təkcə Türkiyə kontekstində qiymətləndirilmir. Bu, Azərbaycanın istənilən dövlətlə münasibətlərində öz mövqeyini qorumasının nə qədər mühüm olduğunu ön plana çıxarır.

Azərbaycanın milli maraqları müzakirə mövzusu olduğu bir vəziyyətdə geri addım atmaq Azərbaycan Prezidentinin lüğətində yoxdur".

Son xəbərlər