Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib

Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
Hadisə 108

Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Berd rayonundakı mənbələrinə istinadən məlumat yayıb.

Bölgə sakinlərinin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında adlayıb.

İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir.

Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər