Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb
Bakı şəhərində xalçayuma xidməti göstərən şirkətlərdən birinə təhvil verilmiş xalçaların geri qaytarılmaması və əvvəlcədən ödənilmiş vəsaitlərin ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub.
BAKU.WS xəbər verir ki, Xəzər rayonunda polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən Dəyanət Əhədov müəyyən olunaraq saxlanılıb.
Bu şəxsin vətəndaşlardan xalçaları və xidmət haqqını qəbul etdiyi, lakin sifarişləri yerinə yetirmədiyi müəyyən olunub. Təhvil alınan xalçaların bir qismi Binə qəsəbəsi ərazisində yerləşən anbarlarda aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
Oxşar xəbərlər
209 nömrəli avtobus yolda tüstü buraxaraq hərəkət edib
Bakıda 209 nömrəli avtobusun hərəkətdə olarkən qatı tüstü buraxdığı görüntülər lentə alınıb. BAKU.WS xəbər verir ki, hadisə digər hərəkət iştirakçısı tərəfindən...