Almalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı?

Almalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı?
Video
Siyasət 17

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.

"Qərbi Azərbaycanın yaddaş məkanları" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək.

BAKU.WS xəbər verir ki, layihə çərçivəsində növbəti material Almalıq kəndi haqqındadır.

Kəndin adı XIX əsrin ikinci yarısında Rusiya imperiyasının mənbələrində qeyd edilir. Çar dövründə kənd Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olub.

Erməni mənbələrinin də istinad etdiyi həmin dövrə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1886-cı ilə aid mənbədə Almalıq nümayəndələri, əsasən, Zəngəzur qəzasında yaşamış sarallı türk tayfasının qışlağı kimi göstərilib. Orada qeyd olunur ki, kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 51 nəfər yaşayıb.

Almalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı?

Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 81 nəfər yaşayıb.

1915-ci ilə olan Qafqaz təqvimi

1914-cü ildə kənddə 465 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.

1918-1920-ci illərdə müstəqil erməni silahlı dəstələri və Birinci Ermənistan Respublikasının qoşunları Yelizavetpol quberniyasında, o cümlədən Zəngəzurda türk əhaliyə qarşı etnik təmizləmə keçiriblər. Etnik təmizləmə İrəvan quberniyasında da, eləcə də digər bölgələrdə, xüsusən də Qarabağ və Naxçıvanda həyata keçirilib.

Almalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı?

Arxiv sənədlərinə əsasən, artıq 1917-ci ildə Almalıq kəndi erməni döyüşçülər tərəfindən dağıdılıb.

Etnik təmizləmənin nəticələri 1919 və 1922-ci illərin statistik məlumatlarında öz əksini tapıb; burada Almalıq kəndi dağılmış kimi qeyd olunub.

29 noyabr 1920-ci ildə Daşnaksütyun hökumətinin hələ də İrəvanda hakimiyyətdə qalmasına baxmayaraq, Sovet Ermənistanı elan edilib. Növbəti gün Sovet Azərbaycanının rəhbərliyi Zəngəzuru Sovet Ermənistanına vermək qərarını qəbul edib. Nəticədə keçmiş Zəngəzur qəzası bölünüb: 1921-ci ilin yayında etnik təmizləmədən sonra, əsasən, erməni əhalisinin qaldığı qərb hissəsi Ermənistan SSR-in tərkibinə daxil olub, şərq hissəsi isə Azərbaycan SSR-in tərkibində qalıb.

1920-ci illərin ortalarında azərbaycanlı əhali kəndə qayıtmağa başlayıb.

Sovet dövründə kənd 1930-cu ildə yaradılmış Qafan rayonunun tərkibində olub.

Erməni mənbələrinə əsasən, 1940-cı illərin sonlarınadək kəndin ərazisində azərbaycanlılar yaşayıblar.

Almalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı?

Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 49 nəfər yaşayıb.

1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 61 nəfər yaşayıb.

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimləri lüğəti:

1939-cu ildə kənddə 68 nəfər yaşayıb.

1948-ci ildə kəndin əhalisi Ujanis kəndinə, sonralar oradan 2-ci Gödəkli (indiki Vardavank) azərbaycanlı kəndinə köçürülüb.

1959-cu ilə aid mənbədə kənd ləğv edilmiş kimi göstərilib.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kəndin ərazisində bir neçə məzar daşının qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Almalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı?

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:

Yuxarıdakı məlumatların əsaslandırılması üçün 20 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Almalıq ilə bağlı 8 vizual material yerləşdirilib.

Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.

Son xəbərlər