Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə Azərbaycanda keçirilən "Şahinlərin Görüşü-2026" birgə taktiki-uçuş təlimi başa çatıb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı hər iki ölkənin hərbi qulluqçuları yüksək döyüş hazırlığı nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları dəqiqliklə yerinə yetiriblər.
Qeyd edək ki, təlim çərçivəsində iştirakçıların göstərdikləri peşəkarlıq döyüş effektivliyinin və qarşılıqlı uzlaşmanın artırılmasında mühüm rol oynayıb.
Oxşar xəbərlər
Səfir: "Avropa investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsi üzərində işləyirik"
Avropa İttifaqı (Aİ) Nümayəndəliyi və Brüsseldəki Avropa Komissiyası Avropanın özəl investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsinə dəstək...