Azərbaycan və NATO ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
"Konstruktiv dialoq zamanı tərəflər Azərbaycanın NATO ilə qarşılıqlı fəaliyyətinin hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçirib, siyasi, hərbi və humanitar sahələrdə tərəfdaşlığın daha da möhkəmləndirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını təsdiqləyiblər", - məlumatda bildirilib.
During a working visit to Brussels, Representative of 🇦🇿 President on special assignments Elchin Amirbayov met with Kevin Hamilton, NATO Secretary General’s Special Representative for Caucasus and Central Asia. In a constructive exchange, they discussed the current state and future prospects of 🇦🇿- NATO cooperation and reaffirmed their shared desire to deepening partnership and advancing mutually beneficial cooperation across political, military and humanitarian dimensions.
— Azerbaijan at NATO 🇦🇿 (@AzMissionNATO) October 21, 2026
Oxşar xəbərlər
Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər müvafiq beynəlxalq təşkilatlar öz mandatları çərçivəsində itkin düşmüş şəxslərlə bağlı axtarışların aparılması, məl...