Səfir: "Avropa investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsi üzərində işləyirik"

Səfir: Avropa investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsi üzərində işləyirik
Siyasət 0

Avropa İttifaqı (Aİ) Nümayəndəliyi və Brüsseldəki Avropa Komissiyası Avropanın özəl investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsinə dəstək göstərilməsi üzərində işləyir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda bildirib.

"Biz yaxşı başa düşürük ki, investisiyalar üçün proqnozlaşdırıla bilən şərait və bərabər rəqabət şərtləri Azərbaycana investisiya yatırmaqda maraqlı olan Avropa şirkətləri üçün xüsusi əhəmiyyət kəsb edir", - o qeyd edib.

Səfirin sözlərinə görə, oktyabrın əvvəllərində Avropa Komissiyası Brüsseldə Avropa işgüzar assosiasiyalarının iştirakı ilə təmiz enerji məsələlərinə dair Aİ-Azərbaycan dəyirmi masası təşkil edib: "Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır, energetika isə əməkdaşlığımızda əvvəlkitək mərkəzi rol oynayır. Azərbaycan, xüsusən də Cənub Qaz Dəhlizi sayəsində Aİ üçün mühüm enerji resursları tədarükçüsüdür".

Son xəbərlər