Quba-Bakı yolunun Sulutəpə istiqamətində olan hissəsi təmirə bağlanıb - DİQQƏT
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
BAKU.WS xəbər verir ki, hazırda Quba–Bakı avtomobil yolunun Ekoloji Nəzarət Stasionar Postundan Sulutəpə istiqamətində olan hissəsində aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri aparılır.
Bununla əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Yolun günün sonunadək bağlı olacağı nəzərdə tutulur.
Sürücülərdən alternativ olaraq Xocəsən dairəsindən Sulutəpə istiqamətində hərəkət etmələri və müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunur.
Ərazidə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat axınının nizamlanması üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Oxşar xəbərlər
Bakıda tıxacları azaltmağın YENİ ÜSULU - Təmir işləri...
Yollarda təmir və asfaltlama işlərinin hansı saatlarda aparılması hərəkətin intensivliyinə, işlərin keyfiyyətinə və sürücülərin təhlükəsizliyinə birbaşa təsir e...