Bakı-Abşeron qatarları nə vaxt metro tezliyində işləyəcək? - RƏSMİ CAVAB
"Reyslərin sayının artırılması qatar parkının imkanları ilə bağlıdır. Hazırda Abşeron dairəvi dəmir yolu marşrutu üzrə həftəiçi gündəlik 9 qatarla 102 reys həyata keçirilir".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib
Qeyd edilib ki, ADY qatar parkının yenilənməsi və genişləndirilməsi məqsədilə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində 20 sərnişin qatarının alınması ilə əlaqədar işləri davam etdirir:
"Sərnişin sayının sürətli artımı fonunda qatar parkının mövcud imkanları əsasən səhər və axşam pik saatlarında daha intensiv istifadə olunur. Son illərdə şəhərətrafı dəmir yolu nəqliyyatına tələbat əhəmiyyətli dərəcədə artıb. Gündəlik sərnişin sayı 2024-cü ildə 36 min, 2025-ci ildə 42 min olduğu halda, 2026-cı ilin sentyabrından isə artıq 52 mindən çox təşkil edir. Yəni son iki ildə sərnişin axınında 40 faizdən çox artım qeydə alınıb.
Sərnişin artımına şəhərin ümumi nəqliyyat sistemində baş verən dəyişikliklər də təsir edir. Məlum olduğu kimi, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Bakı Metropoliteninin Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinin icrasına başlanılıb. Xətlərin ayrılması ilə əlaqədar sərnişinlərin bir hissəsinin şəhərətrafı qatarlarla səfərlərə daha çox üstünlük verməsi müşahidə olunur.
Sərnişin tələbatının artması nəzərə alınaraq şəhərətrafı daşımaların imkanlarının genişləndirilməsi istiqamətində mərhələli şəkildə tədbirlər həyata keçirilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bunu edən avtobus sürücüləri işdən qovula bilər - RƏSMİ
İctimai nəqliyyatda avtobus sürücülərinin müxtəlif səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdən imtina etməsi və avtobusu saxlayaraq salonu tərk etməsi ilə b...