Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları son günlərdə 84 xarici vətəndaşı ölkədən deportasiya ediblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, deportasiya tədbirləri nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilib. Ölkədən çıxarılan şəxslər Türkmənistan, Rusiya, Türkiyə, İordaniya, Misir, Hindistan, Azərbaycan, Livan, Nigeriya, Çin, Banqladeş, İraq, Kuba, Moldova, Panama, Səudiyyə Ərəbistanı və digər ölkələrin vətəndaşlarıdır.
Məlumata görə, Gürcüstanın qanunvericiliyinə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə yenidən girişinə qadağa qoyulub.
Qeyd olunub ki, bu ilin əvvəlindən Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən 3 400-dən çox xarici vətəndaş Gürcüstandan deportasiya edilib.
Oxşar xəbərlər
Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
Abşeronda kişi sevgilisini döyüb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şük...