Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb? - Polisdən açıqlama

Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb? - Polisdən açıqlama
Video
Hadisə 126

Bakıda 16 yaşlı məktəbli oğlan manatlıq taksidə sürücü tərəfindən seksual xarakterli təzyiqə məruz qaldığını bildirib.

BAKU.WS-ə daxil olan məlumata görə, hadisə oktyabrın 20-də, saat 20-21:00 radələrində baş verib.

Belə ki, 11-ci sinif şagirdi dərsdən qayıdarkən "Koroğlu" metro stansiyasından Buzovna qəsəbəsinin "Albalılıq" ərazisinə gedən manatlıq taksiyə minib. İddia olunur ki, avtomobildə tək qaldığı zaman sürücü onunla əxlaqsız söhbətlər edib və seksual xarakterli fiziki təzyiq göstərib.

Əldə etdiyimiz məlumata görə, hadisə polis tərəfindən araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər