Bakıda avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?"
Bakıda 160 nömrəli marşrut avtobusunda hərəkət qrafiki ilə bağlı yaranan vəziyyət sərnişinlərin narazılığına səbəb olub.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, avtobus Binə qəsəbəsinin mərkəzinə çatanda bir şəxs sürücüdən dayanaraq gözləməsini tələb edib.
İddia olunur ki, həmin şəxs avtobusun qrafikdən tez gəldiyini əsas gətirərək sürücüyə hələ hərəkət vaxtının çatmadığını bildirib. Bu cür hallar sərnişinlərin gündəlik hərəkətinə mane olub. İşə tələsən insanların avtobusun dayanaraq gözləməsi narazılıq yaradıb.
Mövcud vəziyyətə etiraz edən bir xanım isə kobud rəftarla üzləşib. Belə ki, avtobusun gözləməsini istəyən şəxs ona "Sən kimsən?" deyə müraciət edib.
Görüntüləri olduğu kimi təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycanda qızılın alış və satış QİYMƏTLƏRİ
Dünya bazarında qızılın qiymətində son günlər ucuzlaşma müşahidə olunur. Qızılın bir troya unsiyası təxminən 4 121 dollara düşüb. Son bir həftədə qızılın qiymət...