Biləcəridə sakinlərin kabusu: Qaranlıq küçə və hücum edən sahibsiz itlər
Paytaxtın qəsəbələrindən birində qaranlıq küçə və sahibsiz itlərin çoxluğu sakinlərin narahatlığına səbəb olub.
Vətəndaşlar axşam saatlarında küçədən keçməkdə çətinlik çəkdiklərini, itlərin isə insanlara hücum etdiyini bildirirlər.
BAKU.WS xəbər verir ki, söhbət Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Xurşidbanu Natəvan küçəsindən gedir.
Sakinlərin sözlərinə görə, küçədə işıqlandırmanın olmaması xüsusilə axşam saatlarında hərəkəti çətinləşdirir. Ərazidə sahibsiz itlərin çox olması isə vəziyyəti daha da təhlükəli edir. İddialara görə, itlər küçədən keçən insanlara hücum edir və bu səbəbdən sakinlər yolu rahat şəkildə istifadə edə bilmirlər.
Görüntüləri olduğu təqdim edirik:
Oxşar xəbərlər
"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
"Global Media Group" Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 22 oktyabr 2026-cı il tarixində ənənəvi ağacəkmə aksiyasını h...