Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər saxlanılıb
Paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, həyata keçirilən tədbirlərlə Yasamal rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçıran Y.Bağırov, T.Dəmirov və M.Qədirov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla M.Qədirovun paytaxtın digər rayonlarında da analoji əməllər törətdiyi müəyyən olunub.
Nəsimi rayonunda isə 1800 manat dəyərində skuter və həmçinin 2500 manat dəyərində velosiped oğurlayan Q.Abbasov, eləcə də əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qubada qaydaları pozan qazilər həbs edildilər
Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıblar. BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Fətəlixan küçəsində baş...