Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar
"Bakı Metropoliteni" QSC-də yeni kadr təyinatları olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Zaur Nağıyev qurumun İdarə Heyəti sədrinin müavini, İlham Axundov və Kənan Cəfərov isə sədrin müşavirləri vəzifələrinə təyin ediliblər.
Fotoda Zaur Nağıyev
Zaur Nağıyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İdarə Heyəti sədrinin müavini təyin olunub.
1982-ci il təvəllüdlü Z.Nağıyev Bakı Dövlət Universitetində hüquqşünaslıq, ADA Universiteti və Maastrixt İdarəçilik Məktəbinin birgə proqramında isə biznesin idarə edilməsi üzrə təhsil alıb. Müxtəlif illərdə BMT təşkilatlarında, SOCAR-da və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də çalışıb. 2022-ci ildən sonuncu qurumun İdarə Heyəti sədrinin müavini olub.
Fotoda İlham Axundov
1970-ci il təvəllüdlü İlham Axundov Azərbaycan Texniki Universitetinin məzunudur. O, "Kapital Bank", Azərbaycan Beynəlxalq Bankı, AZAL və digər qurumlarda rəhbər vəzifələrdə çalışıb. 2023-2026-cı illərdə "Azərbaycan Dəmir Yolları" QSC-də sədrin müşaviri olub.
Fotoda Kənan Cəfərov
1984-cü il təvəllüdlü Kənan Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit, həmçinin dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb. O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində və "Azərbaycan Dəmir Yolları" QSC-də müxtəlif vəzifələrdə çalışıb. 2024-2026-cı illərdə "Vadi Baku" QSC-nin icraçı direktoru olub.
Qeyd edək ki, təyinatlarla bağlı ilkin məlumatı Ölkə.az yayıb.
Oxşar xəbərlər
QMİ: Həcc ziyarəti üçün ayrılan kvotanın 15 faizi tamamlanıb, qeydiyyat yanvara qədər davam edəcək
Həcc ziyarətinə sənəd qəbulu kvota dolanadək davam edəcək. Bu, təxminən, yanvar ayına təsadüf edəcək. BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanla...