Bakıda binada uçqun
22
okt
2026
21:10
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib
BAKU.WS xəbər verir ki, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb.
Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar:
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yaşayış olmayan dördmərtəbəli binanın bir hissəsində mənzillərin tavanının çökdüyü müəyyən edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb".
Oxşar xəbərlər
Vətən müharibəsi qazisi qətlə yetirildi
Vətən müharibəsi iştirakçısı, 33 yaşlı qazi Rahib Əminov qətlə yetirilib. BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunun Qobusta...