ŞAD XƏBƏR - Bu şəxslərdən 20 il gəlir vergisi TUTULMAYACAQ

ŞAD XƏBƏR - Bu şəxslərdən 20 il gəlir vergisi TUTULMAYACAQ
Sosial 84

2027-ci il yanvarın 1-dən rezidentlik şəhadətnaməsi alacaq və müəyyən edilmiş meyarlara cavab verən texnopark rezidentlərinin müvafiq fəaliyyətdən əldə etdikləri gəlir və mənfəətə, həmin fəaliyyətdən ödənilən dividendlərə, eləcə də istifadə etdikləri əmlak və torpağa tətbiq olunan vergi güzəştlərinin müddəti 20 ilə çatdırılır.

BAKU.WS Marja-ya istinadən xəbər verir ki, güzəştlər texnoparkdan kənarda fəaliyyət göstərən rezidentlərə də şamil ediləcək. Rezidentlərdə müvafiq fəaliyyət üzrə çalışan işçilərin əmək gəlirlərinə isə 20 il müddətində 0 faiz gəlir vergisi dərəcəsinin tətbiqi nəzərdə tutulur.

Yeni rezidentlər üçün müvafiq fəaliyyətə cəlb olunan işçilər üzrə sosial sığorta haqqının hesablanmasında mövcud seçim imkanının müddəti də 10 ildən 20 ilə çatdırılır. İri sahibkarlıq subyektlərinə aid rezidentlər vergi güzəştlərindən ixrac göstəriciləri və ixracdan əldə olunan gəlirlərin Azərbaycandakı hesablara daxil olması şərtlərinə uyğun olaraq yararlana biləcəklər.

Tədqiqat və inkişaf fəaliyyətini stimullaşdırmaq məqsədilə innovasiya məhsullarının hazırlanmasına yönələn müəyyən əməliyyat xərclərinin 2,5 əmsalla vergi tutulan gəlirdən çıxılması, bu işlərdə istifadə edilən və ayrıca uçotu aparılan avadanlıqlar üzrə amortizasiya normalarına isə 2 əmsalın tətbiqi nəzərdə tutulur. Rezidentin yaratdığı proqram təminatı, innovasiya məhsulu və ya nou-hau inteqrasiya edilmiş avadanlıqların ixracına müvafiq vergi azadolmaları tətbiq ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb. Həmçinin Prezident Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər