Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
2027-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 198 milyon manatı və yaxud 0,5 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə məlumat "2027-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində yer alıb.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,4 % azdır.
Naxçıvana dotasiya ümumi dövlət xidməti xərclərinin 3,6 %-ni təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
Oxşar xəbərlər
"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb
Londonun ICE birjasında "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 2026-cı il mayın 5-dən bəri ilk dəfə bir barel üçün 114 dolları ötüb. BAKU.WS repor...