Arsen Venger Bakıya gəlib
FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib.
BAKU.WS İdman.biz-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək.
Qeyd edək ki, Arsen Venger 1996-2018-ci illərdə Londonun "Arsenal" klubunun baş məşqçisi olub. O, hazırda klub məşqçiliyi ilə məşğul olmur və FIFA-da futbolun qlobal inkişafı istiqamətində fəaliyyət göstərir.
Xatırladaq ki, Venger FIFA-nın yeni U-15 turnirinin konsepsiyasının hazırlanmasında mühüm rol oynayıb. Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunları oktyabrın 24-də Bakıda başlayacaq və oktyabrın 30-da başa çatacaq.
Azərbaycan millisi ilk görüşünü oktyabrın 24-də saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında IV tur başlayır
Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək. BAKU.WS report-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Son ölkə...