Azərbaycanda yaşayış binalarında elektrik sobalarına keçid hədəfi müəyyənləşib

Azərbaycanda yaşayış binalarında elektrik sobalarına keçid hədəfi müəyyənləşib
İqtisadiyyat 61

Azərbaycanda 2060-cı ilədək "xalis sıfır emissiya" hədəfinə nail olunmasını nəzərdə tutan uzunmüddətli strategiya təsdiqlənib.

BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nın təsdiq edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi iqtisadiyyatın müxtəlif sahələrində dekarbonlaşma tədbirlərinin dövlət proqramlarına, strategiyalara və milli fəaliyyət planlarına inteqrasiyasını əlaqələndirəcək. Maliyyə Nazirliyi isə müvafiq tədbirlərin maliyyələşdirilməsini təmin edəcək.

Sənəddə qeyd olunur ki, 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə çatmaq əlavə maliyyə resurslarının cəlb edilməsindən asılı olacaq. Buraya beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyi, texnologiyaların ötürülməsi, güzəştli kreditlər və özəl sektor investisiyaları daxildir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi strategiyanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim edəcək, sənədin məqsədləri barədə ictimaiyyətin məlumatlandırılmasını təşkil edəcək.

Strategiyanın icrasına monitorinq də aparılacaq. Monitorinqin nəticələri iki ildən bir İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasına təqdim ediləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər