Sahibkarların nəzərinə: Yerli mallar üçün yeni qayda təsdiqləndi
"İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası" təsdiq edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar 2026-cı il sentyabrın 1-dən tətbiq edilir. Sənəd 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımalara şamil olunur və 2036-cı il dekabrın 31-dək qüvvədə olacaq.
Qərara əsasən, daxili daşıma dəstəyi məbləği ödənilərkən qeyri-neft-qaz mallarının azərbaycanmənşəli olması satıcının (malgöndərənin) müraciəti əsasında müəyyən ediləcək.
Bunun üçün Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC tərəfindən verilən və malların Azərbaycan mənşəli olduğunu təsdiqləyən mənşə rəyi əsas götürüləcək.
Oxşar xəbərlər
Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı
İxrac və daxili daşıma dəstəklərinin şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısı təsdiq olunub. BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov...