Qazaxda TIR yandı

Qazaxda TIR yandı
Hadisə 12

Qazaxda yük avtomobili yanıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Nəsrəddin Mehdiyevin idarə etdiyi TIR tipli yük maşını anidən alışıb.

Alov hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası tərəfindən söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər