Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var
Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunda soyuducu anbarda baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun İbadulla kəndində qeydə alınıb.
Məlkumata görə, kənddəki soyuducu anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb.
Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova ölüb, Səidə Əsgər qızı Zamanova (1976) isə xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şərur rayon prokrorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Qazaxda TIR yandı
Qazaxda yük avtomobili yanıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində...