Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər
"Rusiya Dəmir Yolları" ASC Türkiyə və Azərbaycandan Rusiyaya meyvə və tərəvəzlərin quru marşrutu vasitəsilə çatdırılması imkanlarını araşdırır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə şirkət rəhbərinin birinci müavini Vadim Mixaylov İstanbulda keçirilən forum zamanı bildirib:
"Bizi Yaxın Şərq, Mərkəzi və Cənub-Şərqi Asiya dövlətləri ilə birləşdirən "Şimal-Cənub" dəhlizi inkişaf edir, onun uzunluğu 7 min kilometri ötərək Sankt-Peterburqdan İran və Hindistan limanlarına qədər uzanır. Cari ildə artımın əsas hərəkətverici qüvvələri tranzit həcmlərinin müvafiq olaraq 19% və 24% artdığı Azərbaycan və İran üzərindən keçən Transxəzər və qərb marşrutları olub. Belarusla Əfqanıstan arasındakı tranzit daşımaları da əlavə təsir göstərib. Rusiya pərakəndə satıcıları üçün Türkiyə və Azərbaycandan meyvə-tərəvəz məhsullarının Gürcüstan ərazisindən tranzitlə quru marşrutu ilə çatdırılması variantları üzərində iş aparılır".
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Rusiya, Qafqaz və Mərkəzi Asiyadan keçməklə Fars körfəzi və Hind okeanı ölkələri ilə əlaqələndirir. Bu multimodal dəhlizin yaradılmasına dair saziş 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanıb, hazırda isə 12 dövlət onun iştirakçısıdır. Dəhliz üç istiqaməti özündə birləşdirir: Xəzər dənizinin qərb sahili boyunca qərb, şərq sahili boyunca şərq və Xəzər dənizi üzərindən Transxəzər marşrutları.
Oxşar xəbərlər
Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır
2027-ci ilin dövlət büdcəsindən xarici yardımlara 33 milyon manat ayrılması nəzərdə tutulur. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ "Azərba...