Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır
23
okt
2026
11:49
2027-ci ilin dövlət büdcəsindən xarici yardımlara 33 milyon manat ayrılması nəzərdə tutulur.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, ötən il sözügedən rəqəm 19 milyon manat qeydə alınmışdı.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,25 ABŞ dolları və ya 1,87 % artaraq 121,95 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...