Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
23
okt
2026
19:36
Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb.
Nəticədə, 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova həyatını itirib. Xəsarət alan 1976-cı il təvəllüdlü Səidə Əsgər qızı Zamanova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şərur Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə beşaylıq körpə ölüb
Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə G...