Pakistanda avtobusla mikroavtobus toqquşdu: Ölənlər və yaralananlar var

Pakistanda avtobusla mikroavtobus toqquşdu: Ölənlər və yaralananlar var
Dünya 34

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində şəhərlərarası avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 22 nəfər yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb.

Qəza Uthal şəhəri yaxınlığında, Kvetta-Kəraçi magistralında baş verib. Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan yeddisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın səbəbi hələlik açıqlanmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər