Türkiyədə daş kömür mədənindəki partlayışda 3 nəfər öldü
23
okt
2026
16:25
Türkiyədə daş kömür mədənində partlayış baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Zonquldaq bölgəsinin Kilimli rayonunun Gelik qəsəbəsində özəl daş kömüründə yaşanıb.
Nəticədə üç fəhlə ölüb, ikisi ağır olmaqla, beş nəfər yaralanıb.
Türkiyənin ədliyyə naziri Akın Gürlek açıqlamasında bildirib ki, hadisə ilə bağlı Zonquldaq Respublika Baş Prokurorluğu tərəfindən istintaq başlanılıb.
Hazırda, hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Oxşar xəbərlər
Azərbaycanlıların da olduğu gəminin Qara dənizdə vurulmasına beynəlxalq reaksiya
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qara dənizdə Rusiya tərəfindən gərginliyin növbəti dəfə artmasından ciddi şəkildə narahat olduğunu bildirib. B...