Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2026-cı ilin 23 oktyabrında Qax şəhərində, Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin binasında Qax, Zaqatala və Balakən rayon sakinlərini qəbul edib.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirin qəbul etdiyi rayon sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib?
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir...