Rusiya-Ukrayna münaqişəsi başa çatmağa doğru gedir - Tramp
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin həllinə yaxınlaşdıqlarını bildirib.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə Ayova ştatında seçicilərlə görüşü zamanı danışıb.
"Düşünürəm ki, daha iki münaqişənin başa çatmasına yaxınıq. Rusiya ilə Ukrayna arasındakı münaqişənin də bu istiqamətdə irəlilədiyini düşünürəm", – deyə ABŞ Prezidenti bildirib. O, çıxışında İranla bağlı münaqişəyə də toxunub.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqların bərpası barədə açıqlama verib. Putin Rusiyanın bu cür təmaslara yalnız yekun sülh sazişinə nail olmaq məqsədilə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, məqsəd hərbi əməliyyatları müvəqqəti dayandırmaq deyil, münaqişənin tam həllinə nail olmaqdır.
Rusiya lideri, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazilərin verilməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanında 11 PUA və bir ballistik raket məhv edilib
Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası dünən ölkənin müxtəlif bölgələrinə yönələn 11 pilotsuz uçuş aparatı (PUA) və bir ballistik rake...