Göyçayda evlərdən 24 min manat oğurlanıb
23
okt
2026
16:44
Göyçayda evlərdən 24 min manat oğurlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artıq pulu və 2500 manat dəyərində məişət əşyalarını talayaraq ələ keçiriblər.
Polisin keçirdiyi tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən R.Ağayev və qayınatası R.Dadaşov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs məhkəmənin qərarı ilə həbs olunub.
Oxşar xəbərlər
Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb
Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər N...