Masazırda məktəblilər bir-bir pəncərədən tullanıb dərsdən qaçdılar – ANBAAN VİDEO
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbin şagirdlərinin dərsdən qaçdığı iddia edilir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
İddialara görə, məktəblilər mütəmadi olaraq dərslərdən qaçırlar.
Məsələ ilə əlaqədar Abşeron rayonu Masazır kənd 5 nömrəli tam orta ümumtəhsil məktəbindən BAKU.WS-ə verilən məlumata görə, şagirdlərin məktəbi tərk etməsi ilə bağlı yayılan görüntülərdən məlumatlıdırlar:
"Hadisə oktyabrın 15-də ikinci növbənin şagirdlərinin saat 12:00-da əsas giriş qapısından məktəbə qəbul edildiyi vaxt baş verib. Həmin vaxt məktəb rəhbərliyinin və növbətçilərin diqqəti əsas girişdə nəzarətin təmin olunmasına yönəldiyindən, birinci növbədə təhsil alan IX sinif şagirdlərindən üçü məktəbin arxa yola baxan sinif otağının pəncərəsindən məktəb ərazisini özbaşına tərk etməyə cəhd edib".
Qeyd olunub ki, vəziyyət təhlükəsizlik kameraları vasitəsilə operativ şəkildə müəyyən edilib, şagirdlərin valideynləri məktəbə dəvət olunaraq onlarla müvafiq maarifləndirmə işi aparılıb.
"Qeyd edirik ki, təhsil müəssisələrində şagirdlərin təhlükəsizliyinin təmin olunması və davamiyyətə nəzarət məqsədilə mütəmadi olaraq müvafiq nəzarət tədbirləri həyata keçirilir".
Oxşar xəbərlər
Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb
Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılması ilə bağlı məl...