Tennis və padel icması ilə növbəti görüş keçiriləcək

Tennis və padel icması ilə növbəti görüş keçiriləcək
İdman 50

11 noyabr tarixində Azərbaycan Tennis və Padel Federasiyasının prezidenti, vitse-prezidentləri və federasiya nümayəndələrinin iştirakı ilə tennis və padel icmasının üzvləri ilə növbəti görüş təşkil olunacaq.

BAKU.WS xəbər verir ki, görüşdə iştirak etmək istəyən şəxslərdən farid.sabirli@tennisfed.az elektron poçt ünvanına aşağıdakı məlumatları göndərmələri xahiş olunur:

- Şəxsiyyət vəsiqəsinin fotoşəkli;

- Tennis və ya padel icmasındakı statusu (valideyn, məşqçi, idmançı və ya digər);

- Əlaqə nömrəsi.

İştirakı təsdiqlənən şəxslərlə fərdi qaydada əlaqə saxlanılacaq və görüşün keçiriləcəyi məkan, saat və digər təşkilati məsələlər barədə ətraflı məlumat təqdim olunacaq.

Azərbaycan Tennis və Padel Federasiyası tennis və padel ictimaiyyəti ilə açıq dialoqun davam etdirilməsinə və qarşılıqlı fikir mübadiləsinə xüsusi önəm verir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər